18 Fevral 2016 20:46
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com oxuzali.az-a istinadən "Rejissor Verner Hersoqla Pol Kroninin söhbətləri" kitabının arxasında çap olunmuş məsləhətləri təqdim edir:

1. Hər zaman təşəbbüs göstər.

2. Sənə lazım olan kadrı çəkmək üçün həbsxanada bir gecə keçirməkdə pis bir şey yoxdur.

3. Bütün itlərini aç burax, biri ovla qayıda bilər.

4. Əzablarında dolaşıb qalma, kədər şəxsi saxlanmalı və qısa sürməlidir.

5. Səhvlərinlə yaşamağı öyrən.

6. Köhnə və müasir musiqi və ədəbiyyat biliklərini və anlayışı genişlət.

7. Əlinizdə tutduğunuz təzə lent rulonu bəlkə də yer üzündə sonuncudur, odur ki, onunla nəsə təsirli bir şey et.

8. Başladığın filmi bitirməmək üçün heç bir bəhanə ola bilməz.

9. Boltkəsəni özünlə hər yerə apar.

10. Xroniki qorxuya qalib gəl.

11. Əfv istə, icazə yox.

12. Taleyin öz əlində olsun.

13. Bir mənzərənin daxili mahiyyətini oxumağı öyrən.

14. Ocaq qala və tanış olmayan ərazini öyrən.

15. Dolanbadolan getmə, düz get.

16. Manevr et, çaşdır, amma həmişə (demək istədiyini) çatdır.

17. İmtinalardan qorxma.

18. Öz səsini inkişaf etdir.

19. Birinci gün dönüşü olmayan nöqtədir.

20. Yaxana taxılan fəxri nişan film nəzəriyyəsi dərsinin uğursuz olması deməkdir.

21. Şans kinonın qanıdır.

22. Ən yaxşısı gerilya taktikalarıdır.

23. Lazım gəlsə, qisas al.

24. Arxa tərəfdə ayı peyda olmasına hazır ol.


Müəllif:

Oxşar xəbərlər