19 Fevral 2016 19:19
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 18-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, tanınmış rəssam İsa Məmmədovun fərdi sərgisi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, rəssamın sərgidə 60-dək rəsm əsəri nümayiş olunub.

Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Bildirilib ki, sərgiyə təqdim olunan sənət əsərləri - rəngkarlıq, yağlı boya, akvarel, qrafika və digər janrlarda işlənib. Həmçinin, əsərlərdə rəng çalarları, xoş ovqat və emosionallığın əks olunduğunu qeyd edən A. İbrahimov bunun rəssamın həyatsevərlik və insansevərlik hisslərindən irəli gəldiyini diqqətə çatdırıb.

Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev çıxış edərək sənətkarın bənzərsiz sənət dünyasından söz açaraq əsərlərin möhtəşəmliyindən bəhs edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi 10 gün davam edəcək.


Müəllif:

Oxşar xəbərlər