20 Fevral 2016 10:54
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 19-da italiyalı yazıçı və filosof Umberto Eko dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, 84 yaşlı yazıçının ölümü barədə qohumları xəbər verib.

Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub. Umbertonun babası atılmış uşaq olub və o dövrdə İtaliyada qəbul olunmuş qaydaya görə ona Ех Caelis Oblatus (yəni “Allahın bəxşişi”) ifadəsinin abreviaturasını soyad kimi veriblər.

Umberto Eko Turin Universitetində orta əsr fəlsəfəsi və ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edir və Katolik kilsəsini tərk edir. 1954-cü ildə Turin Universitetini bitirir, tarix və jurnalistika ilə məşğul olur, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyir. U.Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir. U.Eko həmçinin Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş ekspertidir. 1962-ci ildən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailəlidir. Bir qızı və oğlu var.

Onun 1980-ci ildə nəşr olunan "Qızılgülün adı" əsəri bestsellerə çevrilib və müəllifinə dünya məşhurluğu gətirib.

Bundan başqa yazıçının “Fukonun rəqqası” (1988),“Bir gün əvvəlki ada” (1994), “Baudolino” (2000), “Şahzadə Loananın sirli alovu” (2004), “Praqa məzarlığı” (2010) kimi əsərləri də var.

Ramal


Müəllif:

Oxşar xəbərlər