24 Fevral 2016 17:16
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin əməkdaşları KİV nümayəndələri üçün brifinq təşkil edib.

Teleqraf.com xəbər verir ki, brifinq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223 11-ci maddəsinə edilən bəzi dəyişikliklərlə bağlı olub. Dəyişikliyə əsasən, kino və videofilmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə olunur. Nazirliyin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki,sözügedən qərar mətbuatda və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və bəzi mübahisəli fikirlərin meydana gəlməsinə səbəb olub: "Filmlərin qeydə alınması 2006-cı ildən başlayıb. Bu vaxta qədər nazirliyin həmin şöbəsində 12 minə yaxın film qeydə alınıb. Əvvəllər hamı bu qərara həssaslıqla yanaşırdı. Amma sonra bunun davamı gəlmədi. Ona görə də nazirlik qəti addım atmağa məcbur oldu. Bu qərar həm də filmlərin kinoteatrda tərcümə ilə nümayişinə səbəb olacaq. Bu, sevindirici haldır. Bununla bağlı kinoteatrlara aprelin 15-ə kimi vaxt vermişik".

Nərmin


Müəllif:

Oxşar xəbərlər