24 Fevral 2016 23:12
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

İncəsənətşünas Martin Harrison Frensis Bekonun 1991-ci ilə aid olan və "Öküzün eskizi" adını alan son işini aşkarlayıb.

Martin Harrisonun Bekonun heç harada nümayiş və müzakirə olunmayan, heç bir yerdə qeyd edilməyən işini tapması barədə The Guardian məlumat verir. Martinin sözlərinə görə, rəsm əsəri Londonda şəxsi kolleksiyada saxlanılıb. Harrison onu Frensis Bekonun hər bir əsərinə həsr olunmuş kataloq üzərində çalışarkən tapa bilib.

Ekspertin fikrincə, rəssam 1991-ci il tarixli final "Triptix"indəki kimi bu əsərdə də öz ölümünü təsvir edib. Öküz fiquru iki metrə yaxın hündürlüyü olan əsərin yuxarı sol hissəsində yerləşib. Eləcə də material olaraq Bekon Cənubi Kinqstondakı öz studiyasından olan tozu istifadə edib. "O tez-tez deyirdi: "Toz əbədidir, hər şeydən sonra biz yenidən toza çevrilirik", - deyə Martin Harrison bildirib.

Martin Harrison iyul ayında Bekonun yaradıcılığına həsr olumuş Monakodakı Qrimaldi Forum sərgisinin kuratorudur.


Müəllif:

Oxşar xəbərlər