Leonardo Di Kaprio “Oskar”la bağlı suallardan təngə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə aktyor özü deyib.
Di Kaprio daha “Oskar” barədə danışmaq istəmədiyini bildirib: "Daha bu barədə mənə sual verməyin". Amma Amerikanın kino aləmi “Oskar” mükafatı ilə bağlı prosesləri gündəmdə saxlayır və Di Kaprionun şanslarını dəyərləndirməkdə davam edirlər.
Di Kaprio nüfuzlu mükafata 7 dəfə namizəd olsa da, hələ onu qazana bilməyib.
Xatırladaq ki, “Oskar” mükafatının 88-ci təqdimetmə mərasimi fevralın 28-də Hollivudun “Dolby” teatrında baş tutacaq. Məşhur komediya ustası Kris Rokun aparacağı mərasım ABC telekanalının efirində canlı yayımlanacaq.