28 Fevral 2016 00:50
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə keçirilən 41-ci "Cesars" kino müsabiqəsində Deniz Gamze Ergüvenin "Mustang" filmi dörd mükafat qazanıb.

"Mustang" Türkiyənin ucqar şimal əyalətlərində yaşayan beş bacıdan bəhs edir. Bacılar mühafizəkar ənənələrdən çıxmağa çalışırlar.

Ergüvenin ekran əsəri ən yaxşı debüt film, ən orijinal ssenari, ən orijinal musiqi və ən yaxşı montaj nominasiyaları üzrə qalib olub. Bu film həm də Oscar mükafatına namizəddir. "Mustang" ötən il Sarayevo Film Festivalında da qaliblər arasında idi.

37 yaşlı rejissor Ergüven Türkiyədə doğulub, Fransada böyüyüb.

oxuzali.az


Müəllif:

Oxşar xəbərlər