12 İyun 2014 12:55
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Gecənin baş tutacağı Akademik Milli Dram Teatrından Teleqraf.com-a verilən məlumatda belə deyilir.

Teatrın foyesində baş tutacaq gecənin rejissoru və ssenari müəllifi Loğman Kərimov, aparıcısı Məryəm Əlizadədir. Tədbirdə görkəmli aktyorun çəkildiyi “Bəxtiyar”, “Sehirli xalat”, “Bir qalanın sirri”, “Əhməd hardadadır?”, “Qızmar günəş altında” filmlərdən fraqmentlər nümayiş olunacaq, aktyorlar, sənətşünaslar sənətkar haqqında fikirlərini bölüşəcəklər. Gecədə həmçinin Gülyanaq və Gülyaz Məmmədova bacılarının və Anar Şuşalının ifasında müxtəlif musiqi parçaları da səslənəcək.

Qeyd edək ki, mahir komediya ustası, xarakter maskalarından məharətlə istifadə edən, tipaj yaratmaqda səriştəli aktyor, satirik obrazların ifasında qroteksdən həssaslıqla bəhrələnən Ağahüseyn Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib. Çoxlu sayda filmlərdə müxtəlif obrazlar yaradan aktyor 20 iyul 1981-ci ildə Bakıda vəfat edib.

Nərmin


Müəllif: