12 İyun 2014 13:16
1 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ildir ki, dünaynın bir sıra ölkələrində maraqla izlənilən “Muhteşem yüzyıl” serialı ötən gün başa çatdı.

Teleqraf.com xəbər verir ki, Türkiyənin “Star” telekanalında nümayiş olunan serial 139-cu final bölümü ilə ekranlara vida etdi. Son bölümdə Qanuni Sultan Süleymanın ölüm səhnəsi izləyiciləri ekranlara kilidlədi.

Nəfəs kəsən bölümdə Bəyazidin ölümündən sonra xəstəliyi daha da ağrlaşan Sultan Süleyman son səfərinə çıxsa da, qələbə qazana bilmədi. Sultan Süleymanın son təsirli sözlərindən ardınca isə ölümü böyük maraq və kədər hissi ilə izləndi.

Maraqlı məqam isə Qanuninin ölüm səhnəsində Parqalı İbrahmin səsinin eşidilməsi oldu.

Qeyd edək ki, serialda Halit Ergenç, Meryem Üzerli, Engin Öztürk, Aras Bulut İynemli, Ozan Güven, Pelin Karahan, Nur Fettahoğlu, Merve Boluğur, Vahide Perçin və başqaları çəkilib.

Aysel Şirinzadə


Müəllif: