12 İyun 2014 15:45
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində iyunun12-dən etibarən “Dəmir cəngavər 2” və 3d formatında çəkilmiş “Əjdahanı necə əhliləşdirmək 2” animasiya filmlərinin nümayişinə başlanılır.

Kinoteatrdan Teleqraf.com-a verilən məlumata görə, rejissor Conatan İnqlişin döyüş, macəra janrında çəkdiyi “Dəmir cəngavər 2” filmi Böyük Britaniya istehsalıdır.

Ekran əsəri “Dəmir cəngavər” filminin davamıdır. Roçerster qalasının böyük mühasirəsindən sonra sağ qalanlar özlərini çoxsaylı kelt qəsbkarlarından müdafiə edirlər. Saysız tryuklarla, fövqəladə süjet xətti ilə seçilən bu film orta əsrlər klanlarının qarşıdurmalarından və həmin epoxanın fantastik detallarla təsvirindən bəhs edir. Əsl qəhrəman olan dəmir cəngavər qılıncı ilə ədalətin bərpasına qalxır.

Amerika istehsalı olan “Əjdahanı necə əhlilləşdirmək 2” 3 d formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Din DeBluadır. Ekran əsəri fentezi, komediya, məcara janrında çəkilib.

Vikinq və əjdahaların barışığından beş il keçir. Səma səyahətinə çıxmış İkkinqlə Bezzubik naməlum yerlərin xəritəsini tərtib edirlər. Buz mağarası aşkar etmiş cütlük oranın çoxsaylı vəhşi əjdahalar və onların müəmmalı süvarisinin evi olduğunu öyrənirlər və beləliklə, iki dost dünya müdafiəsi savaşının mərkəzinə düşürlər.

Baş rollara Cey Baruşel, Keyt Blanşett, Cerard Batler, Kit Xarinqton, Cona Hill, Kristen Uiq çəkiliblər.

Nərmin


Müəllif: