3 Mart 2016 14:37
1 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum İlhamə Quliyevanı şou-biznesdə sevənlər də var idi, sevməyənlər də. Ancaq heç kim onun bu aləmə təsirini danmırdı. O, şou-biznesin “Primadonna”sı, “Kraliçası” hesab edilməklə yanaşı özü istədiyi müğənnilərə ad, titul verirdi. Onun verdiyi titulları böyük həvəslə, fəxrlə qəbul edən müğənnilərin sayı yetərincədir.

Teleqraf.com sənətçilər arasında sorğu keçirib: “İlhamə Quliyevadan sonra şou-biznesi kimin idarə etməsini istəyirsiniz?”

Səslənən fikirləri təqdim edirik:

Zamiq Hüseynov: “Mən bu haqda danışmaq istəmirəm. Allah İlhamə xanıma rəhmət etsin. O, Azərbaycanın çox böyük sənətkarı idi”.

Abbas Bağırov: “İlhamə xanım mənim əzizim idi. Onun ölümünə inana bilmədiyim üçün dəfn mərasiminə gedə bilmədim. Vəfat etdiyini eşidəndə özümü çox pis hiss etdim. Onunla sonuncu dəfə ölümündən əvvəl danışmışdım. Amma özünü çox yaxşı hiss edirdi”.

Xəyyam Nisanov: “Allah İlhamə xanıma rəhmət etsin. Bizdən böyük sənətkarlar həmişə olub və olacaq. Onlara hörmət edirik və sənətkarımız kimi qəbul edirik. Eləcə də ibrət alırıq və musiqilərini dinləyirik. Amma şou-biznes mafiya deyil ki, kimsə onu idarə etsin. Azad bir sferadır. Heç kim heç kimə hansısa qadağanı qoya bilməz. Kim nə istəyir, onu edir”.

Murad Arif: “Mən xaraktercə azad insanam və məni valideynlərimdən başqa heç kim idarə edə bilməz. İlhamə xanım bizim böyük sənətkarımız idi. Yaradıcılığına hər zaman dərin hörmətim olub. Amma İlhamə Quliyevanın şou-biznesi idarə etdiyini hesab etmirəm. Və ondan sonra hansısa müğənninin də şou-biznesi idarə edəcəyinə ehtiyac olmadığını düşünürəm”.

Afaq Gəncəli: “İlhamə xanımdan sonra şou-biznesi idarə edəcək müğənni yoxdur. Hər bir insan individualdır və həyatda öz missiyasını daşıyır. Kimsə güclü yaxud da zəif ola bilər, amma heç kim İlhamə xanım ola bilməz”.

Nərgiz Məmmədova: “İlhamə xanım şou-biznesi idarə edə bilirdi. Bu, onun xarakterindən irəli gəlirdi. Kimsə onu o kürsüdə əyləşdirməmişdi. Şou-biznesdə isə kiminsə İlhamə xanımın yerini tutmasına inanmıram”.

İlqar Mikayılov: “Şou-biznesdən uzaq insan olduğuma görə orada nə baş verdiyi mənə qətiyyən maraqlı deyil. Neynirlər etsinlər, özləri bilərlər”.

Zülfiyyə Bayramova: “Şou-biznes dövlətdir ki, idarə etsinlər? Şou-biznesi idarə etmək lazımdır? Mən deməzdim ki, İlhamə xanım şou-biznesi idarə edirdi”.

Aysel Əlizadə: “Bu suala cavab verməyim düzgün deyil. Amma İlhamə xanımın vəfat etməsi böyük itkidir. Mən düşünürəm ki, o, heç zaman unudulmayacaq. İ.Quliyeva imzasını atdı və getdi. Başqa heç nə deyə bilmərəm”.

Xuraman Şuşalı: “Hər insan özünü idarə edə bilir, hər kəsin də ağlı başındadır. Dövlətimizin qanunlarına riayət edək. Şou-biznesdə heç kim fironluq etməsin. Şou-biznesdə İlhamə xanım var idi, o da dünyasını dəyişdi. Allah rəhmət etsin”.

Ayaz Qasımov: “Şou-biznesi idarə etmək yanlış məfhumdur. Sadəcə olaraq, şou-biznesdə müəyyən simalar var ki, yaşda və statusda digərlərindən üstündür. Amma idarə eləmək səlahiyyəti heç kimə verilməyib. Və belə bir səlahiyyət yox idi”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər