8 Mart 2016 20:24
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Teleqraf.xom məşhur xanımlara "Beynəlxalq Qadınlar Gününü necə qeyd edəcəksiniz, kimdən hədiyyə gözləyirsiniz? Bəylərə isə “Xanımınıza nə hədiyyə edəcəksiniz?" sualı ilə müraciət edib.

Sorğunun nəticəsini təqdim edirik:


Röya Ayxan: “Məni "Mişka" da məni sevindirə bilər. Onu da deyim ki, hədiyyə qəbul edəndə utanıram. Həmin dəqiqə reaksiya göstərə bilmirəm. Ətradımdakı insanlar deyirlər ki, heç olmasa, hədiyyəni aç, həmin insan sevinsin. Mənim üçün ən gözəl hədiyyə əməkdar artist adına layiq görülməyib oldu".

Natəvan Həbibi: "Hər bayram evimizdə çoxlu qonaqlar olur. Bu gün hədiyyələri qəbul edəcəm. Üç gündür hədiyyələri almağa başlamışam. Məni hədiyyə ilə ərköyünləşdirirlər".


Murad Dadoşov: "Mən xanımına öz diqqətimi hədiyyə edəcəm. Onun ən çox sevdiyi budur. Həmişə həyat yoldaşım və övladlarım deyir ki, ən böyük hədiyyən bir gününü bizə həsr etməyindir. Bu gün telefonumu da əlimdən alacaqlar. Əslində, 8 Mart və Sevgililər Günündən xoşum gəlmir. Düşünürəm ki, Beynəlxalq Qadınlar Günündə hədiyyə gözləyən xanım diqqətsizliyə məruz qalmış qadındır. Çünki kişi bir qadını sevirsə, hörmət bəsləyirsə ona hər gün 8 Mart həyəcanını yaşatmalıdır. Yalnız 8 Martla kifayətlənmək düzgün olmaz".

Lalə Məmmədova: "Heç kimdən hədiyyə gözləmirəm. Kimsə hədiyyə verəcəksə, çox sağ olsun. Bayramımızı iş başında qeyd edəcəm".

Elşən Orucov: "Həyatımda sevdiyim insan var, o da mənim anamdır. Anama hədiyyə alacam. Daha çox sevdiyi hədiyyə gül və ətirdir".

Nadir Qafarzadə: "Həyat yoldaşıma hər gün hədiyyə alıram. Ən çox ətir və bəzək əşyaları hədiyyə edirəm. Yaxın günlərdə onun üçün geyim dəsti aldım, onda Bakıda deyildi. Mənim seçimimə inanır. Hədiyyə çox xoşuna gəldi. 8 Martda isə gül dəstəsi hədiyyə edəcəm. Hər zaman olduğu kimi səhər tezdən gözlərini açanda gül çələngini görəcək".

Könül Nağıyeva: "Beynəlxalq Qadınlar Gününü oğlumla bir yerdə keçirəcəm. Ailəvi: anam, nənəm və mən restorana gedəcəyik. Atam Rusiyadadır, qardaşım isə işləyir. Oğlum mənə hədiyyə hazırlayıb. Amma hədiyyənin nə olduğunu demir".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər