9 Mart 2016 13:59
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın nəzdində fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyinə nadir eksponatlar hədiyyə edilib.

Moderator.az akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyi unikal etnoqrafik tor çarşab əldə edib. Keçi ipəyindən olan çarşab dəzgahda toxunulub. Üzərində pambıq sapla rombvari naxışlı zolaqlar salınıb.

Mütəxəssislərin sözlərinə görə, çarşab XX əsrin əvvəllərinə aid olub və əsasən Qubanın Xınalıq kəndində istifadə olunub.


Müəllif:

Oxşar xəbərlər