Martın 26-da Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.
Teleqraf.com xəbər verir ki, tamaşada əməkdar artistlər: İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Səbinə Vahabzadə (Flora), Anton Ferştandt (Doktor Qrevil) və xalq artisti, Əli Əsgərov (Markiz de Obinyi) çıxış edəcək.
Tamaşada əsas rollardan biri olan Jermon obrazını ifa etmək üçün Belorusun Əməkdar artisti Stanislav Trifonov dəvət edilib.
Tamaşanın dirijoru beynəlxalq müsabiqənin laureatı Əyyub Quliyev olacaq.
Rəqsanə