“Şahdağ” Turizm Mərkəzində Novruz bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında hazırlanmış “Arşın mal alan” musiqili komediyası səhnəyə qoyulub.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak edib. Azərbaycan teatr tarixində xüsusi yeri olan əsər tək yerli deyil, eyni zamanda xarici turistlərin də marağına səbəb olub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi Azərbaycan tarixinin və milli ənənələrinin təbliği məqsədi ilə hər il bu qəbildən tədbirlər təşkil edir.
Ötən mövsümdə turizm mərkəzini ziyarət edən turistlər Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” komediyasını izləmək şansı əldə ediblər.
İLHAMƏ