Yapon alimləri süni intellektdən istifadə olunaraq yazılmış romanı təqdim ediblər.
Teleqraf.com-un məlumatına görə, Tokioda təqribən 150 nəfərlik heyət yekun işlərini təqdim ediblər. Dörd il bundan əvvəl start verilmiş layihənin məqsədi kompüterlə məşhur yapon fantastika yazıçısı Siniçi Hoşi üslubunda roman yazmağı öyrətmək olub.
Layihənin rəhbəri, professor Hitoşi Matsubara bildirib ki, süni intellektdən istifadə etməklə dörd roman yazılıb. Romanlar Siniçi Hoşinin şərəfinə keçirilən bədii əsərlər müsabiqəsinə təqdim olunub.
Hitoşi Matsubara qeyd edib ki, romanlardan heç biri mükafata layiq görülməsə də, biri seçim turnirini keçə bilib.