Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı teatr mövsümünün sonuna qədər olan müddət üçün repertuar planını açıqlayıb.
Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, Bədii Şuranın üzvləri aprel, may, iyun, iyul ayları üçün teatrın repertuar və iş planını təsdiqləyib:
“Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 70 dəfədən çox nümayiş etdiriləcək. Tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” , “Ər və arvad”, “Qızıl toy”, “Baladadaşın toy hamamı”, “Mən dəyərəm min cavana”, “www-ferzeli-kef.com”, “Qısqanc ürəklər” və başqa səhnə əsərləri təqdim ediləcək.
Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı”, “Skapenin kələkləri”, “Fransız sayağı qarnir”, “Düyməcik və başqa tamaşaları izləyə biləcəklər.
Qarşıdakı dörd ay ərzində tamaşaçılar xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Nərgiz Kərimova, Ələkbər Əliyev, Nahidə Orucova, Cingiz Əhmədovun ifalarını izləyə biləcəklər.
Nərmin