Gənc Tamaşaçılar Teatrında 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçiriləcək.
Teleqraf.com xəbər verir ki, tədbirdə teatrın direktoru, əməkdar Artist Mübariz Həmidov soyqırım haqqında fikirlərini bölüşəcək.
Daha sonra gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Yeni səhnə əsərində əsas obrazları Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova və başqaları ifa edəcək.
Nərmin