15 İyun 2014 11:56
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kurtlar Vadisi” serialı ilə məşhurlaşan aktyor Oktay Qaynarca kürd problemi ilə bağlı film çəkməyə hazırlaşır.

Oktay Qaynarca illərdir Türkiyənin gündəmindən düşməyən kürd məsələsinə aid sülhə xidmət edəcək film layihəsi üzərində işlər apardığını açıqlayıb.

Çəkəcəyi filmlə bağlı açıqlama verən aktyor bu sözləri deyib: “Layihəni gələn il həyata keçirəcəyik. Bu layihə mənim ən böyük xəyalımdır. İllərdir üzərində işləyirdim, xəyalını qururdum. Böyük layihədir. Bu, sülhə xidmət edəcək bir işdir. Əvvəlcə xalqlar barışmalıdır. Siyasətdən kənar cəmiyyətin öz içində barışı təmin etmək lazımdır. Buna görə bu mövzuda baş rolu da sənət oynamalıdır. Çünki sənətin belə bir sehri, gücü var. Bu günə qədər buna izn verilməyib, həmişə arxa plana salınıb, amma sənət bu məsələni həll edə bilər və mən də bu xeyirxah işin iştirakçısı olmaq istəyirəm. Ölmədən əvvəl bu işi görmək istəyirəm.

Gələn yay çəkilişlərə başlayacağıq. Biz bu məsələnin harasındayıq, bizə bu problem necə başa salınır, harada səhv eləmişik, aramızdakı uçurumlar necə yaranıb, kimi bütün bu suallara cavab verən bir film olacaq”./axar/


Müəllif: