Xalq artisti Əminə Yusifqızı cəbhədə baş verən hadisələrə münasibət bildirib.
Onun Teleqraf.com-a açıqlamasına görə, torpaqlarımızın işğaldan azad olmasını istəyir: “Allah vətən yolunda canından keçən əsgərlərimizin valideynlərinə səbr versin. Əsgərimizin rəhmətə getdiyini eşidəndə elə bilirəm ki, mənim öz oğlum rəhmətə gedib. Biz azərbaycanlılar çox vətənpərvər insanlarıq. Müharibə olsaydı, hamımız gedərdik. Ermənilərin işğalçılıq siyasətinə nə qədər dözmək olar? Pis vəziyyətdəyəm, inanırsınız ki, gecəni yatmamışam”.
Rəqsanə