11 Aprel 2016 18:27
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Xeyirlə şərin rəqsi” filminin treyleri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, film xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanı əsasında detektiv janrda çəkilib.

Ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu rejissoru Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri Müşfiq Hətəmovdur. Filmin çəkilişləri Bakı və Qubada aparılıb.

Filmdə Dronqo rolunu müğənni İlqar Muradov canlandırıb. Digər rolları isə Məbud Məhərrəmov, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdar Zeynalov, Rasim Cəfərov, Şükufə Yusupova, Münəvvər Əliyeva oynayıb.

Teleqraf.com filmin treylerini təqdim edir:

Nərmin


Müəllif:

Oxşar xəbərlər