11 Aprel 2016 19:43
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova son günlər mətbuatda onun ünvanına səslənən ittihamlara cavab verib.

Teleqraf.com-un xəbərinə görə, o, artıq bir neçə gündür Bakıda olduğunu bildirib: "Aprelin 5-də İstanbula səfər etdim. Bu xəbəri İnstagramdakı rəsmi səhifəmdə izləyicilərimlə bölüşdüm. Axı mən hər dəfə qeyd edirəm ki, heç kəsdən gizlədəcəyim addımım yoxdur və olmayıb. Sevincimi, kədərimi, ağrımı-acımı, problemimi hər zaman sizlərlə bölüşmüşəm. Necə ki, aprel ayının 6-sı xalqımın o günlərində məhz həmin günlərlə bağlı görüntülər paylaşdım. Vətəndən kənarda da olsam, Vətənim və vətandaşlarımla hər zaman birgə olduğumu hiss etdirmişəm. Bu mənim vətandaşlıq borcumdur. İçimdən gəlir, qanımda axır. Bu görünütləri paylaşanda mən Acıbadam xəstəxanasında idim. Amma kimlərinsə uydurduğu ağır xəstəliyə görə yox, kiçik bir estetik əməliyyatla bağlı. Bu estetik əməliyyatdan sonra elə İstanbulda ikən imic dəyişikliyi etdim. Kimlərinsə uydurduğu və arzu etdiyi nə sübuta yetirilən xəstəliyim var, nə də açıqlanması guya yasaq olacaq diaqnozum. Aprelin 5-də sağ-sağlamat İstanbula yola düşmüşdüm. Aprelin 7-də də elə sağlam, həttda yeni şamplena görkəmimlə Vətənimə döndüm. Bu gün məkirli məqsədi ilə gündəmə gəlmək istəyən vəkilə demək istəyirəm ki, illərdir müdafiə etdiyi tərəfi boşuna xəyal qırıqlığına uğratmasından danışsın, mənim olmayan xəstəliyimdən yox".

Aygün Kazımova bildirib ki, xəstə olması barədə yayılan xəbərlər şər və böhtandır: "Mən ildə bir neçə dəfə Acıbadam xəstəxanasına gedirəm, bunun məqsədi estetik əməlyyatlarımla bağlıdı. Bunu hər zaman elə özüm söyləyirəm. Mənim estetik əməliyyatla bağlı xəstəxanada olmağım və ya estetik əməliyyat etdirməyim beləmi sensasİon xəbərdir??? Görünür vəkilin xəbəri bu cürə yaymağda məqsədi məhkəmələrdə onlara sərf etməyən nəticələrin əldə olunmasıdır. Əgər mən susuramsa, bu o demək deyil ki, məğlub tərəfəm. Sadəcə boş və maraqsız saydığım söhbətlərlə gündəmi zəbt etmək istəmirəm. Özü də Azərbaycanımın bu günlərində. Məhz elə bu günlərdə mənə qarşı növbəti "qara piar"a da toxunmaq istəyirəm. Mən yenə də susuram. Axı az əvvəl qeyd etdiyim kimi, bu günlərdə gündəmə bu kimi mövzuları gətiməkdənsə, birləşək, birlik nümayiş etdirək. Hər gün bir ananın gözü yaşlı qalır. Hər gün Vətənə bir şəhid qurban veririk. Dərdimiz, məqsədimizlə əlaqədar bir olmaqdansa, özümüz özümüzü vururuq. Bəsdir, yalan və cəfəngiyyat xəbərləri yayıb Azərbaycanın əsas problemini kənara qoyub məsələni ayrı səmtə yönəltdiniz. Bir daha deyirəm, "sapı özümüzdən olan baltalar" olmayaq. Düşmən baxıb sizin mənə atdığınız şərlərdən sevinməsin, bundan istifadə etməsin. Çünki bizim mətbuatı düşmənlərimiz qarabaqara izləyir. İndi müharibə təkcə cəbhədə deyil, mediada da gedir. İnformasiya müharibəsi zamanı yerli saytlarda bu cür cəfəngiyyat xarakterli, məkirli, şər-böhtanla dolu yazıları sifariş edən, araşdırmadan yazan görəsən, bizim xalqın nümayəndəsidirmi? Mən inanmıram ki, damarında vətənpərvər qanı axan kimsə öz millətinin nümayəndəsini bu yolla ləkələsin.Mənə atılan şərə görə yazı müəllifini, müsavat.com-uı məhkəməyə vermişəm. Bu günlərdə həmin saytda çıxan növbəti yazıda guya mənimlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığı qeyd olunub. Mənim özüm üçün də maraqlıdır, o necə araşdırmadır ki, mənim xəbərim yoxdur?! Araşdırılan şəxs mənəmsə, mənə zəng gələr, məktub göndərilər, sorğu-sual olunaram. Bəsdir, uydurduğunuz və mənimlə bağlı gözə soxmaq istədiyiniz cəfəngiyyat yazının böyük səs-küy yaratdığını deyib, sabun köpüyünü xatırladan ajiotaj yaratdınız. İndi Aygünü, qeyri-Aygünü, şou-biznesdəki qalmaqalları gündəmə gətirmək zamanı deyil. Bu gün müxalifət və iqtidar bir olub hər zamanki kimi Ali Baş Komandanın siyasətini dəstəkləməlidir. Mən də bu yolu tuturam".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər