12 Aprel 2016 16:35
2 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 14-də Beynəlxalq Muğam Mərkəzində məşhur fransız aktyoru Loran Dekolun ifasında “Sükutun sözləri” tamaşası təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, tamaşa Fransız İnstitutu və Fransa səfirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Frankofoniya və fransız dili həftəsi” çərçivəsində nümayiş olunacaq.

Loran Dekol 8 çıxış nömrəsində öz pantomima sənəti vasitəsi ilə lovğa, təkəbbürlü, heç nədə tərəddüd etməyən, beləliklə çox gülünc, bəzən patetik və daha çox yazıq bir personaj portretini təqdim edəcək.
Tamaşa 19.30-da başlayacaq.

Hazırda Bakıda olan aktyor ADO teatrında ustad dərsləri keçir.

Loran Dekol 100-ə yaxın ölkədə 2000 tamaşa və təlim stajları həyata keçirmiş jest teatr şirkətinin bədii rəhbəridir. O, Marsel Marso və Etyenn Dekrunun imtiyazlı tələbəsi olub.

Bir neçə ildir teatr-dram məktəblərində, şirkətlərdə məşqçi kimi qeyri-verbal dil və bədən ifadəsi üzrə təlim stajları canlandırır. Onun müasir pantomima aktyorunun görünüşü uzun iş təcrübəsinə əsaslanır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər