Aprelin 23-də saat 12:00-da Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Zorge” parkında “Oxu Günü-2” kitab aksiyası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, mütaliəyə diqqətin artırılmasını məqsədi daşıyan “Oxu Günü-2” ədəbiyyata marağı olan hər kəs üçün nəzərdə tutulub. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
Qeyd edək ki, layihənin ideya müəllifi f.ü.f.d., dosent Şəmil Sadiqdir.
Layihə ötən il olduğu kimi bu il də “Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil olunacaq. “Oxu Günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edəcək.
Layihə zamanı tanınmış yazıçılarla görüş, imza mərasimləri və fleşmob təşkil ediləcək. Həmçinin Layihə çərçivəsində Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun oxucuları görüşü və imza mərasimi olacaq.
Bəkir