18 Aprel 2016 22:10
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı müğənni Çingiz Mustafayev “Ukraynanın Səsi” ("Голос країни") yarışmasından uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, müğənni rəqibi Anyanya Udoqvo ilə “Реве та стогне Дніпр широкий” adlı Ukraynanın xalq mahnısını ifa edib. Komanda rəhbəri Svyatoslav Vakarçuk sonda Çingizi deyil, Anyanyanı seçib.

Çingiz Mustafayev müsabiqə barədə təəssüratlarını bölüşüb və qalib ola bilmədiyinə görə təəssüfləndiyini qeyd edib: "İlk dəfə idi ki, öz çıxışımdan razı qaldım. Ukrayna xalq mahnısında milli boğazlarımızı etməsəydim, bəlkə də belə effektli akınmazdı. Təəssüflər olsun ki, yarışmada oxumağın və performansın bir önəmi olmur. Buna baxmayaraq, atdığım bu addımdan qəti peşman deyiləm. Ən azından yeni dostlar tapdım və bəzi məqamları özümə sübut etmiş oldum. Yarışma ərzində mənə dəstək olan xalqımın qarşısında baş əyirəm və dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki varsınız!"

Qeyd edək ki, bundan əvvəl Dilarə Kazımova, Vaqif Nağıyev kimi ifaçılar da Ukraynada sözügedən yarışmaya qatılmışdı.


Müəllif:

Oxşar xəbərlər