19 Aprel 2016 12:02
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah böyük gülüş ustası, xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunan ilk tədbir keçiriləcək.


Teleqraf.com xəbər verir ki, bu münasibətlə sabah saat 10:00-da Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinin, Musiqili Teatrı kollektivinin və Nəsibə Zeynalovanın yaxınlarının və doğmalarının iştirakı ilə Fəxri xiyabandakı məzarı ziyarət ediləcək.

Sənətkara həsr olunan yubiley tədbiri isə bu ilin noyabr ayında təşkil olunacaq.

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən biri və aktyor olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb.

Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakı şəhərində vəfat edib.

Nərmin


Müəllif: