19 Aprel 2016 15:23
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə “Yeni nəfəs - II” qısametrajlı ssenari müsabiqəsi elan edib.

Teleqraf.com xəbər verir ki, müsabiqədə yaşı 35-dək olan hər bir şəxs iştirak edə bilər.

İştirakçılar 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda - bədii,sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə üç nüsxədə çap və elektron variantda 31 iyul tarixinə kimi müsabiqəyə təqdim edə bilər. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq.

Qran Pri – 3000 manat (ssenarinin ekranlaşdırılması nəzərdə tutulub), birinci yer -2000 manat, ikinci yer -1500 manat, üçüncü yer -1000 manat məbləğində mükafatlandırılacaq.

Müsabiqənin nəticələri sentyabr ayında açıqlanacaq.

Nərmin


Müəllif: