22 Aprel 2016 17:44
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim bu sənətdə tanınmağımda Rasim Ocaqovun böyük rolu olub. Məni bir aktyor kimi o, kəşf etdi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Hacı İsmayılov deyib.

Onun sözlərinə görə, kinoda ilk rolu Rasim Ocaqovun çəkdiyi “Ad günü” filmində olub. Film çəkilişlərində qorxu və həyəcan hissi onu tərk etməyib: “Həm ilk filmim idi, həm də böyük sənətkar Şəfiqə xanım Məmmədova ilə tərəf-müqabili olmaq məsuliyyəti vardı.

“Ad günü”nə qədər Şəfiqə xanım bir çox filmlərdə oynamışdı. Artıq Azərbaycanda tanınıb, sevilirdi. Qorxurdum, Şəfiqə xanım məni bəyənməz. Çünki mənim kinoda ilk işim idi və təcrübəsiz idim. Allah şükür, rol uğurlu alındı”.

Nərmin


Müəllif: