“Gücümün yetmədiyi, oynaya bilməyəcəyim rollardan hər zaman imtina edirəm”.
Bunu Teleqraf.com-a açıqlamasında aktyor Bəhram Bağırzadə deyib.
Bir çox sahələrdə özünü sınayan aktyorun sözlərinə görə, ən böyük arzularından biri rejissor kimi film çəkməkdir: “Mənim əsas peşəm rejissorluqdur. Çünki vaxtilə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Hazırlığım başa çatanda kinoda da rejissor kimi öz sözümü deyəcəm”.
Aktyor kimi heç bir rolun arzusunda olmayan Bəhram Bağırzadə öz qabiliyyətinə yaxşı bələddir: “Hansı rolu oynayıb-oynaya bilməyəcəyimi yaxşı bilirəm. Məsələn, Azər Paşa Nemət məni Akademik Milli Dram Teatrının səhnəsində Hamlet roluna dəvət etsə getmərəm. Çünki o rolu oynamağa gücüm və qabiliyyətim çatmaz.
Canlandırmağı bacara bilmədiyim rollardan hər zaman imtina edirəm. İndiyə qədər belə təkliflər çox olub”.
Nərmin