3 May 2016 10:32
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərzurumdakı Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyat Araşdırmaları İnstitutunun müdiri, professor Çengiz Alyılmaz öz iş otağında türk xalqlarına dair maraqlı muzey yaradıb. Muzeydə Azərbaycanla bağlı çoxlu sayda sənət əsərləri saxlanılır.

Cengiz Alyılmaz bildirib ki, muzeyi 1989-cu ildən qurmağa başlayıb. Muzeydə qırx türkdilli ölkədən gətirilən 2 mindən artıq sənət əsəri nümayiş olunur. Onların hamısı müasir əl işləridir. Bundan sonra da muzeyin zənginləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirən Cengiz Alyılmaz deyib ki, ziyarətçilərin aldığı xoş təəssürat onun zəhmətinə verilən ən böyük dəyərdir.

Qeyd edək ki, türk ədəbiyyatı, mədəniyyəti və təhsili beynəlxalq dərnəyinin başqanı Çengiz Alyılmaz Azərbaycanla bağlı bir neçə layihənin müəllifidir. O, rəhbərlik etdiyi dərnəyin jurnalında və onun elektron versiyasında ölkəmizin mədəniyyətinə, tarixinə və ədəbiyyatına, xüsusilə Dağlıq Qarabağ mövzusuna daim diqqət ayırır. (“Azərtac”)


Müəllif:

Oxşar xəbərlər