3 May 2016 11:57
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tofiq Hüseynov Onkologiya Mərkəzinə yerləşdirilib.

Bu haqda Teleqraf.com-a aktuorun özü məlumat verib: “Hazırda xəstəxanadayam. Mədəmdə problem var. Ola bilsin ki, əməliyyat olunacam. Bu gün analizin cavabından sonra hər şey dəqiqləşəcək. Həkimlər əməliyyatın riskli olması haqqında heç nə demirlər. Əməliyyatdır da. Hər şey ola bilər. Mən biləni əməliyyat pis keçməməlidir. Dörd gündür ki, xəstəxanaya gəlmişəm. Yanvar ayından müalicə üçün xəstəxanaya gəlib, gedirəm”.

Qeyd edək ki, əməkdar artistin 67 yaşı var.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər