Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, xalq artisti Polad Bülbüloğlunun Moskvada heykəli qoyulub.
Teleqraf.com xəbər verir ki, heykəlin yaradıcısı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri, dünya şöhrətli heykəltəraş Zurab Tseretelidir.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Rusiya Humanitar Elmlər Akademiyasının üzvü Vaqif Bayramov ilə yanaşı Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, bir çox xarici ölkələrin diplomatik nümayəndəlikləri iştirak ediblər.
Tədbirdə Polad Bülbüloğlunun oğlu 15 yaşlı Murtuza Bülbül hər kəsi təəccübləndirib. O səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə dirijorluq edib.
Qeyd edək ki, Polad Bülbüloğlu heykəli Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında qoyulan ilk və yeganə azərbaycanlıdır.
Rəqsanə