21 May 2016 11:26
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 23-26-da "Boulevard Hotel Baku"da (Autograph Collection) yazın ən dəbli hadisəsi - "Azerbaijan Fashion Week" baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mono nümayişlərdə qonaqları LIBAS (Azərbaycan), ALLA Couture (Rusiya), SS by Sergey Shabunin (Qazaxıstan) və JITROIS (Fransa) brendlərinin, eləcə də Qazaxıstan dizaynerləri Alex Chzhen, Khafiz Khan, Lamanukaeva, Zherebtsov, Eliz, gürcü brendləri Salle De Mode, Jgenti, Tiko Nebieridze və Ukraynadan Anzhella Bezroda və Snezhanna Gorobets moda evlərinin kolleksiyaları nümayişləri gözləyir. Azərbaycanı Nargiz Shakhbazi, K Fabuel, SH Couture və Fidan Osman təmsil edəcək.

Moda həftəsinin bütün günlərində Boulevard Hotel Baku-da AFW şou-rumları açıq olacaq. Bu şou-rumlardan həm nümayişlərdə təqdim olunan, həm də digər brendlərin geyimlərini əldə etmək mümkün olacaq. Onların arasında UGLY, Dameli, Datuna, Tako Dvaliashvili, Natia Tkhelidze, Samidel, Tamta Shindelishvili, Verbena, Smirnova var. Ənənəyə uyğun olaraq, Azerbaijan Fashion Week çərçivəsində pulsuz təcrübə seminarları, IED Milan institutunun nümayəndəsi ilə seminar, public talk, jurnal və elektron KİV nümayəndələri ilə dairəvi masa keçiriləcək.

Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, Azerbaijan Fashion Week ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlərinin iştirakı ilə 40-a yaxın nümayiş keçirilmişdi. Moda həftəsi Azərbaycanda inkişaf edən moda sənayesinin populyarlaşdırılmasına və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şərtlərin yaradılmasına yönəlib. Tədbirdə moda sənayesinin beynəlxalq ekspertləri, o cümlədən, ən böyük satış şəbəkələri və mağazaların bayerləri, yerli və beynəlxalq jurnalların, beynəlxalq PR agentliklərinin nümayəndələri iştirak edirlər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər