23 May 2016 18:38
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Hacı İsmayılov arzusunda olduğu rolu indiyədək oynamayıb.

Bunu Teleqraf.com-a açıqlamasında aktyor özü deyib. Gənc yaşlarında qəhrəman rollar yaratmaq istədiyini söyləyən aktyor rolların insanlara təsir etdiyini də etiraf edib:
“Rollar aktyorlara təsir edir. Yəni hər hansı bir rolu oynayan aktyor onun təsiri altına düşür və müəyyən vəziyyətlərdə qəhrəmanın kimi davranırsan.

Gənc yaşlarımda qəhrəman rollar oynamağı arzulayırdım. Ən böyük arzum Etel Lilian Voyniçin “Ovod” əsərində Ovodu canlandırmaq idi. Hətta onun şəklini də bloknotuma yapışdırmışdım.

Amma həyat elə gətirdi ki, mən tamam başqa ampluada rollar ifa etdim”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər