31 May 2016 00:12
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktrisası Ancelina Coli London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dəvətli müəllim kimi çalışacaq.

Yaxın zamanda universitetdə qadın, dünya və təhlükəsizlik problemlərinə həsr olunan tədqiqat mərkəzi açılacaq.

Teleqraf.com Buro247.az-a istinadən xəbər verir ki, tədqiqatçılar və professorlar arasında Böyük Britaniyanın sabiq Xarici İşlər naziri Uilyam Heyq, "Amnesty International" təşkilatının hüquq müdafiəçisi Ceyn Konnors, eləcə də Hollivud aktrisası, BMT-nin xoşməramlı səfiri Ancelina Coli də olacaq.

"Mən belə bir proqramın hazırlanmasına görə şadam. Ümid edirəm ki, digər tədris müəssisələri bu nümunədən örnək götürəcəklər. Düşünürəm ki, hamımız qadın hüquqları uğrunda mübarizə aparmalı, qadın zorakılığının qarşısının alınmasına çalışmalıyıq".

Məlumata görə, yeni professor-müəllim heyəti mühazirələr oxuyacaq, ictimai tədbirlərdə və araşdırmalarda iştirak edəcək, həmçinin gender bərabərliyi, təhlükəsizlik və iqtisadi sahələrdə qadınların rolunun gücləndirilməsi üzrə işlər görəcəklər.


Müəllif:

Oxşar xəbərlər