3 İyun 2016 15:13
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Toyda Asena ilə telefonumuzu əlimizdən aldılar”

Rəqqasə Aytən Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Aytən xanım, biznes-ledi oldunuz. Biznesinizdə sizə kimsə dəstək olur?
- Xeyr. Hər şeyi özüm etdim. Göydə Allah var, yalan danışa bilmərəm. Yanımda qızım var, o, da yalnız mənəvi dəstək olur.

- Biznesinizə külli miqdarda pul xərcləmsiniz. Bəs, pulu bankdan kredit götürmüsünüz, yoxsa...
- Mən bir-iki ilin rəqqasəsi deyiləm ki, bankdan pul götürüm. 16 ildir ki, rəqqasə kimi fəaliyyət göstərirəm və özümə görə büdcəm var. Vaxtında pulumu qazanmışam. Başqaları kimi 150-200 minlik maşın deyil, 50-60 minlik maşın sürürəm.

- Ayaqqabı mağazası açmısınız. Şou-biznes nümayəndələrinə endirim edəcəksinizmi?
- Bəli, şou-biznes nümayəndələrinə, eləcə də bütün xanımlarımıza endirim edəcəm. Amma ayaqqabılar da çox bahalı deyil. Elə xanım var 1000-1500 dollara ayaqqabı alır. Bizim mağazada qiymətlər 800-500-250 manat arasında dəyişir. Biznesimə 50 min dollar xərclədim. Fabrikə pulu dollar ilə ödəyirəm.

- Son vaxtlar Türkiyəyə tez-tez gedirsiniz. Orada şou-biznesə qatılmağı düşünürsünüz?
- İnanın ki, Türkiyə şou-biznesinə qatılmaq istəsəm, çoxdan qatılardım. Çünki türkiyəli tanınmış rəqqasə Asena rəfiqəmdir. Amma orada fəaliyyət göstərməyə vaxtım yoxdur. Çünki gözəl bir iş qurmaq istəyirəm. Heç toy dəvətlərini belə dəyərləndirə bilmirəm, mənim əvəzimə tələbəm gedir. Onu da əlavə edim ki, Türkiyə böyük bir ölkədir, əhalisi çoxdur. Orada fəaliyyət göstərmək hər insanın işi deyil. Orada tanıdığım insanlar, çevrəm olsa da, rəqqasələr də çoxdur. Eləcə maliyyə tərəfi məni qane etmir. Azərbaycanda tanındığıma görə daha çox pul qazanıram.

- Bəs, Azərbaycanda toylara dəvət alırsınızmı? Son günlər sizi rəqqasə kimi toylarda görmürük...
- Xeyr, toylara gedirəm, amma daha çox ad günlərində və özəl məclislərdə iştirak edirəm. Şənliklərdən fotolarımı sosial şəbəkədə paylaşmağa icazə vermirlər. Asenanı yaxın günlərdə Bakıya toya gətirdim, telefonlarımızı əlimizdən aldılar. Onu da deyim ki, hər dəvət aldığım yerlərə getmirəm, az olsun, gözəl olsun.

- Yəni ki, siz yüksək səviyyəli məclislərə gedirsiniz...
- Bəli, yüksək səviyyəli məclislərə gedirəm. Adlarını çəkməyəcəm.

- Bəs, nə qədər qonorara gedirsiniz?
- Qonorarı deyə bilməyəcəm.

- Yaxın günlərdə həmkarınız Fatimə Fətəliyeva dedi ki, ərəb rəqsi oynadığına görə çox peşmandır. Siz necə ərəb rəqsi ifa etdiyinizə görə peşman olmusunuz?
- Xeyr, heç vaxt oriental rəqs oynadığıama görə peşman deyiləm. O, Fatimədir, çox söz deyə bilər. Əksinə nə qədər cavanam, gözələm, səhnəyə yaraşıram, rəqsimi davam edəcəm. Hər şey insanın özündən asıldır.

- Bəs, ərəb rəqsi üzrə Azərbaycanda özünüzə rəqib gördüyünüz rəqqasə varmı?
- Xeyr, Azərbaycanda oriental rəqqasə tanımıram. İki tələbə qızım var, onları hazırlaşdırıram. Ola bilsin ki, gələcəkdə onları televiziyaya çıxarım, amma Azərbaycanda onlardan başqa oriental rəqqasə tanımıram.

- Fatimə Fətəliyeva, Oksana Rəsulova ilə münasibətiniz necədir?
- Hər biri ilə münasibətim gözəldir. Mən pis insan deyiləm. Ümumiyyətlə, qəlbim o qədər təmizdir ki, düşmənim yoxdur. Düzdür, gözü götürməyənlər, paxıllar var. Hətta bəzilərinin butikimin açılışında əsl simalarını gördüm. Açılışa dəvət etdim, ağız əydilər… Amma halbuki hər il məni ad günlərinə dəvət edirdilər.

- Adlarını çəkə bilərsiniz?
- Adlarını deməyəcəm. Çünki onlara əhəmiyyət vermirəm.

- Bizneslə məşğul olmağa başladınız. Bu, sizi sənətinizdən uzaqlaşdıra bilərmi?
- Biznes heç vaxt məni sənətindən uzaqlaşdıra bilməz. Halal zəhmətimlə rəqsdən qazandığım pul ilə biznesə başladım. Bilirəm ki, nələr yazacaqlar…Sponsoru var. Amma kim nə yazırsa yazsın, sponsorum yoxdur. Ətrafımdakı insanlar bilirlər ki, biznesə öz gücümlə başlamışam.

- Aytən xanım da digər məşhurlar kimi evlənməyənlər sırasındadır. Səbəb?
- Bir dəfə ailə qurmuşam, həyat yoldaşımdan ayrılmışam. Əslində şəxsi həyatım haqqında danışmaq istəmirəm. Mənim anam namaz qılan, qardaşım isə ciddi insandır. Haqqımda mənfi nə isə yazılanda oxuyurlar və əsəbləşirlər. Ondan sonra əziyyət çəkirəm. 16 ildə şəxsi həyatımdan danışmağımı eşitmisiniz?

- Təəccüblüdür ki, rəqslə məşğul olmağınıza mane olmadılar?
- Xeyr, mənə heç kim qarışa bilməz axı. Halal çörəyimi qazanıram. Uşaq deyiləm ki, qardaşım, anam desin ki, oynama. Rəqs sahəsində fəaliyyətə başlayarkən ailəm tərəfindən bir az narahatçılıq oldu. Məni heç kim dəstəkləmirdi. Amma gördülər ki, rəqsdən ayıla bilmirəm, qəbul etdilər. Rəqsi çox sevirdim.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər