6 İyun 2016 17:36
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Azərbaycana turne təşkil edib.

Teleqraf.com xəbər verir ki, qastrol çərçivəsində teatr Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara, Lənkəran şəhərlərində çıxış edəcək.

Turne çərçivəsində ilk tamaşa iyunun 7-də Gənc Tamaşaçılar Teatrında olacaq. Teatrın Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında təqdim edəcəyi “Ac həriflər” tamaşasında personajların adlarında dəyişiklik edilib. Janrı tragikomediya kimi dəyişən tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Ərtoğruldur.

Tamaşada rolları Dağıstanın əməkdar artisti Mahir Məlikov, Canpolat Əliyev, Hörmət Aslanov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Səidə Əliyeva, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova ifa edirlər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər