“Seriallardan təklif alıram. Mənimlə işləmək istəyənlərin çəkilişlərinə getdim, amma iş alınmadı”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında uzun zamandır ekranlarda görünməyən əməkdar artist Ənvər Həsənov deyib.
Aktyorun sözlərinə görə, kinoda işləmək bir ayrı, seriallarda işləmək tamam fərqlidir: “Bir çox nüanslar var, açıb danışmaq istəmirəm. Əslində mənim bu sözlərimdən də nələrsə aydın olur”.
Serial sahəsində qeyri-peşəkarların çoxluğundan şikayətlənən aktyor bu vəziyyətin peşəkar işə mane olduğunu bildirib:
“Seriala çəkilməyi təklif edirlər, mən də oturub fikirləşirəm. Bu təkliflər iki cür olur: kimi məni işləməyə, kimi isə çəkilməyə dəvət edir. Mənimlə sözün həqiqi mənasında işləmək istəyən bir-iki serialda çəkilmişəm. Çünki yaradıcı heyətlə münasibətim yaxşı olub və sözlərindən keçə bilməmişəm. Çəkiliş üsulları kinoya yaxın olan serialları bəyənirəm.
Amma “Üç bacı”, “Bacanaqlar” kimi seriallar tamam başqadır”.
Nərmin