7 May 2015 14:45
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda I Avropa Oyunlarının təşkil edilməsi və bu irimiqyaslı idman tədbirinə diqqətin cəlb edilməsi asan vəzifə deyil, lakin Azərbaycan onun öhdəsindən gələ bildi.

Bunu Trend-ə Xorvatiyanın Zaqreb Universitetinin professoru İvo Slaus deyib.

Onun sözlərinə əsasən, istənilən beynəlxalq tədbirin keçirilməsi ölkənin imicinə müsbət təsir edir: "Avropadan Azərbaycana xeyli sayda qonağın gələcəyi gözəl haldır və onlar ölkə haqqında çox şey öyrənə, yerli sakinlərlə əlaqə qura, son vaxtlar ölkənin qazandığı tərəqqini görə biləcəklər".

İ.Slaus qeyd edib ki, I Avropa Oyunları dünyaya Azərbaycanı daha yaxşı tanımaq imkanı verəcək.


Müəllif:

Oxşar xəbərlər