7 May 2015 15:24
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakı 2015 Avropa Oyunları ilə bağlı mövqeyini açıqlayıb.

Səfirlikdən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Amerika Birləşmiş Ştatları Avropa Oyunlarının birbaşa iştirakçısı olmasa da, biz idmanın ölkələri və insanları dostluq şəraitində bir araya toplaması imkanlarını dəstəkləyirik: “Biz bütün iştirakçılara, o cümlədən Azərbaycana uğurlar arzu edirik”.

Səfirlik ABŞ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə də toxunub: “ABŞ-ın Azərbaycandakı səfirinin dəfələrlə bəyan etdiyi kimi, Birləşmiş Ştatlar Azərbaycanla əməkdaşlığını və tərəfdaşlığını dəyərləndirir. Biz Azərbaycanla güclü ikitərəfli pozitiv əlaqələrin olmasını çox istəyirik. Azərbaycanın daha da sabit, müstəqil, demokratik və firavan olması istiqamətində inkişafını dəstəkləyirik”.


Müəllif:

Oxşar xəbərlər