Bakı 2015 Avropa Oyunları "#HelloBaku" sosial media müsabiqəsində Moskva şəhərindən Anastasiya Ustenikovanın qalib gəldiyini elan edib.
Teleqraf.com xəbər verir ki, A.Ustenikova müsabiqəyə Instaqram videosu ilə qatılıb.
Yarışa İnstaqram və Tvitterdə mart ayında start verilib. Avropanın hər yerindən sosial media istifadəçiləri “HelloBaku” yazısı altında şəkil və videolar paylaşmağa dəvət olunublar və nəticədə İspaniya, Ukrayna, Serbiya, Macarıstan, Türkiyə və bir çox başqa ölkələrdən çoxsaylı paylaşmalar olub.
Teleqraf.com həmin videonu təqdim edir: