10 May 2015 17:14
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Ağcabədi olub.

Teleqraf.com-un məlumatpına görə, bu gün Ağcabədi şəhərindəki Heydər Əliyev adına parkın qarşısında məşəlin təntənəli qarşılanma mərasimi keçirilib.

Ağcabədililərin alqış sədaları altında Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra 3,5 kilometr məsafədə yürüş başlanıb. Üzeyir Hacıbəyov və Heydər Əliyev prospektləri boyunca hərəkət edərək Heydər Əliyev adına mərkəzi meydana gələn məşəlçilər rayon sakinləri tərəfindən sevinc və hərarətlə qarşılanıb. Sonuncu yürüşçü – rayon Gənclər və İdman idarəsi rəisinin müavini Eldəniz Qənbərov səhnəyə qalxaraq, məşəli alovlandırıb. Oyunların burada yandırılan çırağını 1 nömrəli tam orta məktəbin şagirdi Minayə Əkbərova rayon ictimaiyyətinə təqdim edib. Çıraq I Avropa Oyunlarının sonunadək rayonda qalacaq.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş olunub.

Sonra Avropa Oyunlarının məşəlindən götürülən alov cəbhə bölgəsində yerləşən Ağdam rayonuna yola salınıb.


Müəllif:

Oxşar xəbərlər