11 May 2015 00:53
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunlarının açılışına 33 gün qalır. Dövlətmiz Avropa Şurasının üzvüdür. Bəs xalqımız necə Avropa ailəsinin üzvüdü? Oyunlar bunun sübutu olacaq. Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleqlə söhbətimiz məncə darıxdırıcı olmadı.

- Bir ildən artıqdır Azərbaycanda yaşıyırsız. Buralar xoşunuza gəlirni? Sizin üçün nəyi öyrənmək çətin oldu, nəyi isə çox asan mənimsədiniz?
- Azərbaycan, xüsusilə Bakı çox ecazkardır. Xanımımla burda yaşayıram. Azərbaycanın tarixinə, Avropanın idman tarixinə, bu oyunlara hazırlıqla bağlı kiçik töhfələrimizi də olsa, veririk. O ki, qaldı çətinliyə, mən və xanımım İngiltərədə öyrəşdiyimiz brendləri supermarketlərdə tapa bilmirdik. Xüsusilə qida ilə bağlı. Getdikcə yerli qidalara öyrəşməyə başladıq. Uyğunlaşmaq məsələsinə gəldikdə isə, İngiltərədə Bakıdakı kimi gözəl hava yoxdur.

- Birinci Avropa Oyunları ətrafında həm də orda-burda bəzən qara piar filan olur. Soruşmaq istəyirəm ki, bunlar sizin əhval-ruhiyənizə təsir gücü varmı? Yoxsa bunlara fikir vermirsiniz?
- Ümumiyyətlə işimə gəldikdə, bir sıra çətinliklərlə üzləşirəm. Amma üzləşsəm də, çox gözəl anlayıram ki, işdə əsas məsuliyyətdir. Və bu çətin məsələləri peşəkarcasına həll etməliyəm. Üzərimə böyük bir məsuliyyət qoyulmuşdur və Avropa tarixində baş tutacaq ilk oyunları təşkil edib ərsəyə gətirək. Söhbət burada təkcə Avropa miqyasından gedir. Bu oyunlar Azərbaycan və Azərbaycan xalqı üçün də vacibdir. Bu əsnada da öz işimi həyata keçirirəm.

- Hər halda razılaşaq ki, cənab Saymon Kleq artıq tarixi şəxsiyyət olmağın bir neçə addımlığındadır. Yəni bu ilk Avropa Oyunlarının təşkilatçısının adıdır. Və sadəcə olaraq bilmək istəyirəm bu adın məsuliyyəti hörmətli cənab Saymonu müəyyən mənada ulduzlaşdırmır ki, birdən-birə özünü yuxarıdan aşağı baxmağa – mən Avropanın birinci oyunlarının təşkilatçısıyam anlamına gətirib salmırki?
- Gəlin bir məsələyə əvvəlcədən aydınlıq gətirək. Bu oyunlar ancaq Saymon Kleqin adı ilə bağlı olmamalıdır, hüquqdan danışırıqsa, burda ştat üzrə 1900 insan çalışır. Onlardan biri mənəm. Düzdür, tutduğum vəzifə çox yüksəkdir. Əməliyyatlar üzrə məndən yüksək vəzifə də vardır. Baş icraçı direktor gənclər və idman naziri Azad Rəhimovdur. Bütün işlər barədə məlumatları ölkənin birinci xanımı Mehriban Əliyevaya məlumat veririk. O, da əməliyyat komitəsinin rəhbəridir. Ən sonda Prezident İlham Əliyev məlumatlandırılır. Təşkilatçılıq məsələsinə gəldikdə burada bir məsələ xüsusi olaraq vurğulanmalıdır. Kütləvi informasiya vasitələri ilə görüşürəm, onlarla vaxtaşırı təmasda oluram. Amma bunun da arxasında duran məsələ ondan ibarətdir ki, bu oyunları Azərbaycan xalqına tanıtmalıyıq. Oyunların səviyyəsini artırmalıyıq və Azərbaycan xalqında bu oyunlarla bağlı xüsusi həvəs hissini yaratmalıyıq.

- Yerli orqanlarla çalışarkən harda daha çox problem çıxır və yaxud necə başa düşürsüz bir-birinizi. Axı siz bir hərbçisiz, nizam-intizamı sevirsiz, amma bir azərbaycanlı kimi deyim ki, bizdə nizam-intizamı o qədər dəbdə deyil...
- Dövlət qurumlarına gəldikdə, bunların hər birindən yüksək səviyyədə dəstək görürük, bu dəstəkdən çox məmnunuq. Onların hər biri bu oyunların təşkil edilməsinə öz töhfəsini verməkdədir və belə deyərdim, burada təkcə dəstək deyil, ümumi iş birliyindən danışmaq lazımdır. Dünən hamı bura yığışdı, burada 20 nazirlik və müxtəlif qurumlarının nümayəndələri var idi. Gördüyümüz işi burada müzakirə edirdik. Bu artıq sizə iş birliyi və nizam-intizamdan xəbər verən məsələdir. Avropa Oyunları kimi yüksək səviyyəli idman oyunlarından danışırıqsa, burda müəyyən səviyyədə nizam-intizam olmasa, vaxt amili baxımından çətinliklər yaranır və işi vaxtında təhvil vermək olmur. Əgər biz açılış mərasiminin 2015-ci iyunun 12-i axşam saat 8-də başlamasından danışırıqsa, əmin olun ki, iyunun 13-də açılış mərasimi baş tutmayacaq.

- Hansı ölkəyə azarkeşlik edəcəksiz?
- Əlbəttə, Azərbaycana azarkeşlik edəcəyik. Sözsüz ki, vətənimdən olan oyunçulara da azarkeşlik edəcəyəm. Lakin burada bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, bu oyunları ərsəyə gətirmək üçün çox böyük əmək sərf etmişik. Bunların öhdəsindən cəld şəkildə gələ bilmişik. Ümidvaram ki, yarışların keçirilməsi də eyni tərzdə davam edəcək.


Müəllif:

Oxşar xəbərlər