12 May 2015 16:23
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taekvondo üzrə dünya və ikiqat Avropa çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi Fəridə Əzizova I Avropa Oyunlarında iştirak edəcək idmançılarımızdandır.

Xanım idmançımız I Avropa Oyunlarında qızıl medal qazanaraq, olimpiadada da medalçılar sırasına düşməyi hədəfləyir.

O, Publika.az-a açıqlamasında gələcək hədəfləri barədə qısaca məlumat verdi:

“I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qürurvericidir. Təbii ki, hazırlıqlar yüksək səviyyədə keçirilir. Hər bir Azərbaycan idmançısı kimi qalib gəlmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Qarşımdakı hədəflər iyunda keçiriləcək Avropa oyunlarında, 2016-cı il Olimpiya oyunlarında və 2017-ci ildə Bakıda keçiriləcək İslam oyunlarında qələbə qazanmaqdır”.


Müəllif: