“I Avropa Oyunlarına iki həftə qalmış İsveçdə onun təbliğatına başlayacağıq”.
Bu barədə Publika.az-a açıqlamasında Avropa Azərbaycanlıları Konqresinin üzvü Leyla Kiani deyib.
Onun sözlərinə görə, yaşadığı İsveçdə təbliğat məsələləri adətən belə olur: “Lakin mən işlədiyim yerdə, öz çevrəmdə Avropa Oyunlarının lobbiçiliyini aparıram. Burda oyunlarla maraqlananlar çoxdur. Hətta indidən bilet sifariş verənlər, yaxud almağa hazırlaşanlar da var”.
L. Kiani bu oyunların Avropa üçün yenilik olduğunu deyib.
“Hesab edirəm ki, Avropa Oyunları gözəl bir nəticə verəcək və davamlı olacaq. Azərbaycan belə möhtəşəm tədbirləri keçirməklə bir ilkə imza atır. Bunun siyasi aləmdə də böyük önəmi var. Azərbaycan özünü siyasi arenada tolerant və aktiv bir ölkə kimi göstərə bilir”, - deyə o bildirib.