13 May 2015 23:13
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qitənin tarixində ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsi böyük uğurdur. Heç də hər bir ölkəyə bu cür etimad göstərilmir. Hər bir ölkənin potensialı, təcrübəsi belə bir mötəbər tədbirə ev sahibliyi etməyə imkan vermir. Təəssüf ki, gənc Azərbaycan dövlətinin belə bir yarışa ev sahibliyi etməsi bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır.

Son zamanlar Azərbaycana qarşı bu cür kampaniyalar intensiv xarakter alıb.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının prezidenti, Milli Məclisin deputatı Azay Quliyev mayın 13-də Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı parlamentdə keçirilən dinləmələrdə bildirib.

A.Quliyev deyib: “Dünən Avropa Parlamentində bir qrup deputatın və Azərbaycanın maraqları ilə üst-üstə düşməyən QHT nümayəndələrinin iştirakı ilə dinləmələr keçirilib. Maraqlısı odur ki, bu dinləmələrdə səsləndirilən ittihamlar cəfəngdir və heç bir həqiqəti əks etdirmir. Məsələn, deyirlər ki, niyə Azərbaycana xarici jurnalistlərin gəlişi qadağan edilib. Təbii ki, bu, gülüncdür. Bilirsiniz ki, Azərbaycan Avropa Oyunlarını işıqlandırmaq üçün 1500-dən artıq jurnalisti qəbul etməyə hazırlaşır. Bundan əlavə, insan hüquqları, demokratiya ilə bağlı bir sıra digər məsələləri də qaldırırlar. Məsələnin mahiyyətinə vardıqda görürük ki, burada məqsəd tamam başqadır. Bu dinləmələrin təşkilatçılarından biri qondarma “erməni soyqırımı” ilə bağlı hazırlanan qətnamənin müəllifidir. Eyni zamanda, həmin dinləmələrin təşkilatçıları hər zaman Türkiyənin Avropa İttifaqına qəbul olmasının qarşısını almaq məqsədi güdüblər”.


Müəllif:

Oxşar xəbərlər