14 May 2015 23:44
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Bakı-2015” I Avropa Oyunlarına hazırlıq işləri tamamlanıb.

Birinci Avropa Oyunları keçirilən yerlərdə internet yüksək səviyyədə təmin ediləcək. Rabitə, o cümlədən mobil rabitənin yüksək səviyyədə təşkil olunması üçün zəruri işlər görülüb. Beynəlxalq rabitə sistemi ilə bağlı tədbirlərin nəticələri uğurludur. Bu sahədə də heç bir problem olmayacaq.

Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.

“Bakı-2015” I Avropa Oyunları üçün telekommunikasiya, rabitə, internet, radiotexniki mühafizə, həmçinin yayımının təşkili, o cümlədən də kosmik vasitələrdən istifadə olunan yayımın təşkili üzrə bütün işlər tamamilə başa çatıb. Hazırda son sınaq işləri aparılır”,- deyə nazir əlavə edib.

Qeyd olunub ki, Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ən aktual məsələlərdən biridir. Bu məqsədlə kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri həyata keçirilib. “Azərspace 1” telekommunikasiya peyki Avropa Oyunlarının bütün dünyaya yayımı üçün cəlb olunan 4 süni peykdən biri seçilib.


Müəllif:

Oxşar xəbərlər