20 May 2015 09:50
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanı ilk Avropa Oyunlarında 295 idmançı təmsil edəcək.

Bu barədə İtaliya Milli Olimpiya Komitəsinin toplantısında məlumat verilib.


Məlumatda qeyd olunur ki, 127-si qadın və 168-i kişi olmaqla 295 atlet idmanın 23 növü üzrə ölkələrini layiqincə təmsil etmək üçün mübarizə aparacaq. Komandanın bayraqdarı 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Giulia Quintavalle seçilib.

Beləliklə, İtaliyanı təmsil edəcək atletlər badminton (3), avarçəkmə (5), velosiped (19), gimnastika (19), cudo (17), karate (4), güləş (12), üzgüçülük (34), sinxron üzgüçülük (10), suya tullanma (11), basketbol (4), su polosu (26), voleybol (28), çimərlik futbolu (12), çimərlik voleybolu (8), boks (14), qılıncoynatma (24), taekvondo (4), triatlon (6), stolüstü tennis (2), atıcılıq (23), kamandan oxatma (6) idman növləri üzrə yüksək nəticələr göstərmək üçün bütün güclərini səfərbər edəcəklər.


Müəllif:

Oxşar xəbərlər