25 May 2015 15:25
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uruqvay mətbuatında Bakı 2015 I Avropa Oyunları haqqında məqalə dərc olunub.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, “Uypress” Uruqvay xəbərlər agentliyinin portalında “Azərbaycan paytaxtı Bakı 2015 Birinci Avropa Oyunlarını qəbul edir” adlı məqalə dərc olunub.

“12-28 iyun tarixlərində Xəzər dənizi sahillərində, Avropanın bitdiyi və Asiyasının başladığı yerdə yerləşən, Azərbaycanın sürətlə inkişaf edən paytaxtı olan Bakı şəhəri bütün Avropadan 6000-dən çox elit idmançıları qəbul etməyə hazırlaşır”, - deyə məqalədə qeyd olunur.

Məqalədə eyni zamanda, Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda yaradılmış müasir infrastruktur, oyunlar çərçivəsində müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar, habelə növbəti illərdə Azərbaycanda təşkil olunacaq beynəlxalq əhəmiyyətli digər idman tədbirləri barədə də məlumat verilir.

Məqalədə Azərbaycanın son illərdə əldə etdiyi yüksək iqtisadi inkişafla da bağlı fikirlər yer alıb: “Cənubi Qafqazın iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycana məxsusdur ki, 2000-ci ildən etibarən, əsasən böyük karbohidrogen ehtiyatlarının istismarı, nəqliyyat, infrastruktur, telekommunikasiya, tikinti, turizm və aqrosənaye sahələrindəki önəmli sərmayələr hesabına ölkənin ÜDM dörd dəfə artmışdır”.

Yazıda həmçinin Azərabaycanda tolerantlıq, dünyəvilik və müxtəlif inancların sülh şəraitində birgə mövcudluğu ənənələrindən də bəhs olunub.

Azərbaycan-Uruqvay münasibətləri mövzusuna da toxunulan məqalədə Azərbaycanın bu yaxınlarda Uruqvayda diplomatik nümayəndəliyinin təsis olunması, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərə də toxunulub.


Müəllif:

Oxşar xəbərlər