27 May 2015 00:50
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya birinci Avropa Oyunlarına ikisi Olimpiya təcrübəsinə malik, ümumilikdə 28 idmançı göndərəcək.

Trend Oyunların saytına istinadən məlumat verir ki, albaniyalı idmançılar doqquz idman növü üzrə mübarizə aparacaqlar. Yüngül atletikada Albaniya 15 idmançı ilə təmsil olunacaq.

Albaniya komandasında Olimpiya təcrübəsinə sahib atıcı Adriatik Hokha London-2012 Olimpiya Oyunlarında güllə atıcılığı üzrə mübarizə aparıb. 47 yaşlı atıcı Arben Kucana həmin Olimpiya Oyunlarında 10 metrdən hava tapançası ilə və 50 metrdən tapança ilə atəş kateqoriyaları üzrə yarışıb.

Beynəlxalq uğura imza atmış digər albaniyalı idmançı Luiza Geqa 2013-cü ildə keçirilmiş Aralıq Dənizi Oyunlarında 1500 metr məsafəni dəf edərək gümüş medala, həmin il baş tutmuş universiadada isə eyni məsafədə bürünc medala sahib olub.

Bakı-2015 Avropa Oyunlarında Albaniyanı təmsil edəcək komanda idmançıları aşağıdakılardır:

Atletika: Edison Muko, Maraşi Albert, İzmir Smajlaj, Qledis Hallunej, Ardit Rraşi, Jorqo Mino, Adriatik Hoxha, Mario Şesani, Astrit Kryeziu, İlir Kellezi, Ana Burda, Bruxhilda Qosja, Marija Stillo, İveta Urşini, Luiza Geqa

Boks: Rexhildo Zeneli, Alban Beqiri

Velosiped idmanı: Euqert Zhupa, Redi Halilaj

Cüdo: İqli Ramosacaj

Karate: Halil Marqeşi

Atıcılıq: Arben Kucana

Üzgüçülük: Diana Başo, Frank Aleksi

Taekvondo: Ada Demneri

Güləş: Eqzon Şala, Osman Hajdari, İslam İslamaj


Müəllif: